İnternetdən istifadənin geniş vüsət aldığı bu dövrdə müxtəlif mənbələrdən xarici resurslara çıxış olduqca asanlaşmışdır. İstər şəxsi inkişaf, istərsə də korporativ inkışaf üçün əvəzsiz məlumatları özündə əks etdirən video-audio materialları istənilən vaxt izləmək, dinləmək əlverişli deyil. Bu halda müxtəlif məzmunlu videoların, müsahibələrin, vebinarların transkribasiyasına ehtiyac duyulur. Mərkəzimizin ixtisaslaşmış transkribasiya üzrə mütəxəssisləri audio-video faylların yazıya köçürülməsi prosesində sizin köməyinizə çatacaq. Transkribasiya prosesi istər mədəniyyətə, istərsə də tərcümə olunacaq hədəf dilin qaydalarına uyğunlaşdıracaqdır. Bununla yanaşı, materialların müxtəlifliyindən asılı olaraq dəqiq transkribasiya və məzmunyönümlü transkribasiya kimi növləri də sizin seçiminizə buraxırıq. Belə ki, audio-video fayllardan köçürülmüş mətninizdə fikir tam, aydın və əhatəli ifadə ediləckidr.
Bununla yanaşı, transkribasiyaların peşəkar dilçi heyətimiz tərəfindən yoxlanışdan keçdikdən sonra təhvil verilməsi ilə materiallarınızın təhrifsiz olacağına əminlik əldə etmiş olursunuz. Çoxsaylı dil daşıyıcıları ilə əməkdaşlıq edən Tərcümə mərkəzimiz istənilən sahə və bütün dünya dilləri üzrə peşəkar tərcüməçi kadrları ilə sizin xidmətinizdədir.
Qiymət sorğusu
Niyə biz ———
İdeya ilə tərcümə rahatlıqdır
Uğurlarımızın təməlini çoxsaylı müştərilərin bir dəfə bizim işin keyfiyyətini və yüksək xidmət səviyyəsini görməklə təkrar-təkrar bizə müraciət etməsində görürük. İdeya Tərcümə Mərkəzi hər dil və hər mövzuda mətnlər, təqdimatlar, videoçarxlar, səs və s. tərcümə edir. Mətnin həcmindən, bir səhifə, on ya yüz səhifə olmasından asılı olmayaraq bütün sifarişlərə eyni məsuliyyətlə yanaşırıq.