İdeya Tərcümə Mərkəzində redaktə xidmətindən də yararlana bilərsiniz. Redaktə zamanı terminlərin uyğunluğu yoxlanır, eyniliyi, həmçinin yazının müvafiq üsluba uyğunluğu təmin edilir, mətn çapa və ya təqdimata tam hazır vəziyyətə gətirilir. Bu zaman həm texniki səhvlər aradan qaldırılır, həm də tərcümənin orijinal mətnin formatına uyğunluğu, terminologiyaya riayət edilməsi yoxlanılır. Əgər tərcümənin üzərində bir neçə tərcüməçi işləyibsə, üslub eyniləşdirilir. Əlavə olaraq, tərcüməsi mərkəzimizdə həyata keçirilən istənilən mətn mövzusundan və çətinliyindən asılı olmayaraq mütləq şəkildə redaktor tərəfindən pulsuz yoxlanır. Həmçinin, İdeya Tərcümə Mərkəzi mətnin dil daşıyıcıları tərəfindən stilistik redaktə xidmətini təklif edir. Stilistik redaktə zamanı dil daşıyıcısı redaktor yalnız mətnin stilistikasını, orfoqrafiyasını, punktuasiyasını və qrammatikasını yoxlayır, ancaq mətni orijinalla tutuşdurmur (yəni tərcümənin düzgünlüyünü, terminlərin düzgün istifadə olunmasını yoxlanılmır). Hətta çox maraqlı bir yazı belə dilin qaydalarına uyğun olmadan yazıldıqda öz qiymətini itirir. Bunu bildiyimizə görə İdeya Tərcümə Mərkəzi tərcümələrin redaktəsinə xüsusi əhəmiyyət verir.
Qiymət sorğusu
Niyə biz ———
İdeya ilə tərcümə rahatlıqdır
Uğurlarımızın təməlini çoxsaylı müştərilərin bir dəfə bizim işin keyfiyyətini və yüksək xidmət səviyyəsini görməklə təkrar-təkrar bizə müraciət etməsində görürük. İdeya Tərcümə Mərkəzi hər dil və hər mövzuda mətnlər, təqdimatlar, videoçarxlar, səs və s. tərcümə edir. Mətnin həcmindən, bir səhifə, on ya yüz səhifə olmasından asılı olmayaraq bütün sifarişlərə eyni məsuliyyətlə yanaşırıq.