Lokallaşdırma saytın, kompüter proqramının və ya mobil tətbiqin xarici dilə tərcüməsidir. İnterfeysin tərcüməsindən başqa proqramın xarici istifadəçi üçün uyğunlaşdırılması da vacib məqamdır. Tərcümə başqa dil mühitinə və ya mədəniyyətinə uyğunlaşdırılmaqla edilir.Bu zaman biz həm hədəf kütlənin standartlarını (əlifba sıralaması, kağız formatları, qanunvericiliyin xüsusiyyətləri), həm də milli mentaliteti, mətnin, qrafikanın, rəngin qavranma xüsusiyyətlərini nəzərə alırıq. Nəticədə proqram və ya sayt tərcümə olunmuş dildə problemsiz fəaliyyət göstərir. Potensial müştərilərin və ya tərəfdaşların proqramdan istifadəsi maksimal dərəcədə rahat olmalıdır. Məlumatların başqa dillərdə verilməsi başqa ölkələrdən yeni potensial müştərilərin və investorların cəlb edilməsinə yol açacaq. Bunun üçün mövcud məlumatın rus, ingilis, alman, fransız, çin və başqa dillərə dəqiq tərcüməsi lazımdır.Bu sahədə olan kifayət qədər böyük təcrübəmizlə sizə də kömək olacağımıza əminik.
Tərcümənin keyfiyyətini necə təmin edirik?
Terminlər bazası yaradılır
Terminlərin eyni cür tərcüməsi və saytın strukturunun qorunması təmin edilir
Layihəyə cəlb edilmiş bütün mütəxəssislər layihənin terminlər bazasından və köməkçi materiallardan birgə istifadə edir
Tərcümə bitdikdən sonra hazır mətn həm tərcümənin düzgünlüyünə, həm də orijinal mətnə uyğunluğuna görə təkrar yoxlanır
Sayt tərcüməsi
Saytın tərcüməsi onun yeni dil versiyasının yaradılmasıdır. Bu zaman nəinki saytda olan mətn, həm də interfeysin elementləri və s. tərcümə edilir. Saytların tərcüməsi onların məzmununun hədəf kütlənin milli xüsusiyyətlərinə görə lokallaşdırılmasını nəzərdə tutur. Saytın tərcüməsi şirkətin üstünlüklərini, təqdim olunan məhsulların xüsusiyyətlərini, istehsal və çatdırılma şərtlərini xarici dildə çatdırmağa imkan verir ki, bu da şirkətin beynəlxalq səviyyədə işləməyə hazır olduğunu bildirir. Saytın başqa dildə versiyasının olması şirkətin stabilliyinin qarantı, inkişafa yönümlü və ciddi hədəflərinin olduğunun göstəricisidir.
Proqram təminatının lokallaşdırılması
Bu lokallaşdırma növü personal kompüterlər və mobil platformalar üçün proqram təminatının yazılması üzrə ixtisaslaşmış şirkətlərin işinin ayrılmaz hissəsidir. Proqramın başqa dillərə tərcüməsi nəticəsində geniş istehlakçı kütləsinə çıxmaq mümkündür. İdeya Tərcümə Mərkəzində proqram tərcüməsi yalnız bu sahədə ixtisaslaşmış tərcüməçilərə etibar edilir.
Oyunların lokallaşdırılması və tərcüməsi
Oyunların lokallaşdırılması ən müxtəlif sahələrdə – dilçilikdə, IT, mədəniyyətşünaslıqda, hüquq sahəsində, marketinqdə, tarixçilik üzrə, folklorşünaslıqda, hərb işində, texnika və s. üzrə bilik tələb edən çoxprofilli işdir. Hələ keçən əsrin 70-ci illərindən kompüter oyunları uşaqların və böyüklərin sevimli istirahət növünə çevrilib. Oyun şirkətləri onların bütün dünyada yayılmasını təmin edir. Bu zaman oyunçular üçün maksimum rahat məhsul yaratmağa və satışları artırmağı hədəfləyən şirkətlər adətən oyunu hədəf ölkənin dilinə tərcümə edir.
Qiymət sorğusu
Niyə biz ———
İdeya ilə tərcümə rahatlıqdır
Uğurlarımızın təməlini çoxsaylı müştərilərin bir dəfə bizim işin keyfiyyətini və yüksək xidmət səviyyəsini görməklə təkrar-təkrar bizə müraciət etməsində görürük. İdeya Tərcümə Mərkəzi hər dil və hər mövzuda mətnlər, təqdimatlar, videoçarxlar, səs və s. tərcümə edir. Mətnin həcmindən, bir səhifə, on ya yüz səhifə olmasından asılı olmayaraq bütün sifarişlərə eyni məsuliyyətlə yanaşırıq.