Korporativ xidmət

İdeya Tərcümə Mərkəzi fəaliyyətə başladığı gündən etibarən korporativ xidmət xəttini özünə hədəf seçmişdir. Bu istiqamət səsləndiyi qədər də sadə deyil, özündə incə məqamları əks etdirir. Belə ki, istər korporativ yazışma zamanı, istər müraciətlərin dərhal cavablandırılması, istərsə də istirahət və ya bayram günlərin də xidmət göstərilməsi  bu istiqamət üzrə böyük əhəmiyyət kəsb edir. Müştəri portfelimizin böyük bir qismini əhatə edən korporativ tərəfdaşlarımıza bir çox yerli və xarici brend şirkətlər, dövlət qurumları, beynəlxalq birliklər və s. daxildir. İllər ərzində ölkə və dünyamiqyaslı daimi əməkdaşlıqlarımızın qurulmasında müştəriyönümlü şirkət prinsiplərimiz rol olmuşdur. Vacib məsələlərdən biri də, sənədləşmə prosesinin düzgün aparılmasıdır. Belə ki, ilk gündən etibarən sənədləşmə prosesinin tam rahatlıqla tərtib edilməsi hər iki tərəf üçün müsbət haldır. Bir çox şirkətlərdə böyük problemlərə yol açan təhvil tarixi məsələsinə çox ciddi yanaşılmalıdır. Nəzərə alsaq ki, işlər bir-birindən zəncirvari asılıdır, bizə kiçik kimi görünən detal partnyor şirkətdə problemə səbəb yarada bilər. Məhz burada İdeya Tərcümə Mərkəzinin təhvil tarixinin qorunmasına olan həssaslığı korporativ yanaşmada peşəkarlığını nümayiş etdirir. Məzmun və mövzu fərqliliyi də tərcümə prosesində şirkətləri narahat edən məqamlardandır. Belə ki, İdeya Tərcümə Mərkəzi sahə və məzmun fərqliliyinə diqqətlə yanaşaraq, hər bir şirkətə özəl terminologiya bazası yaradır, böyük həcmli mətnlərdə üslub və ifadə tərzi eyniləşdirir. Ölkə miqyasında baş tutan sorğularda daimi iştirakımız və işimizi uğurla başa çatdırmağımız həmin şirkətlərin yenidən bizə müraciət etməsinə gətirib çıxarmışdır. 

 

ÜSTÜNLÜKLƏRİMİZ:

  • Konfedisionallığın tam qorunması
  • İndividual terminologiya bazasının yaradılması
  • Ay sonu hesabat sənədlərinin düzgün aparılması və kuryerlə çatdırılması
  • Təhvil tarixinə məsuliyyətli yanaşma
  • İstirahət və bayram günləri xidmət
  • Korporativ etika prinsiplərinin qorunması