Tərcümənin keyfiyyətini necə yoxlamaq olar?

Siz bilmədiyiniz xarici dilə sifariş verdiyiniz tərcüməni almısınız, ancaq tərcümədə nə yazıldığını və həmin tərcümənin orijinalla nə qədər uyğun olduğunu, düzgün ya səhv olduğunu bilmirsiniz.

Azərbaycan dilinə tərcümə olunmuş mətni yoxlamaq asandır: mətni oxuyub özünüz orfoqrafiyanı, stilistikanı və xüsusi terminologiyanı yoxlaya bilərsiniz.

Xarici dilə tərcümə olunmuş materialı yoxlamaq üçün isə aşağıda qeyd olunanları edə bilərsiniz:

- Ekranı iki pəncərəyə bölərək orijinalı və tərcüməni müqayisə etmək: mətn eyni abzaslara bölünübmü, xüsusi isimlər sizə lazım olan qaydada yazılıbmı, rəqəmlərin yazılışı orijinalla eynidirmi. Belə yoxlama zamanı kobud səhvlər dərhal görünür.

- Tərcümədə işlənmiş hansısa söz birləşməsinin düzgünlüyünə şübhə edirsinizsə, onu Google-da dırnaq içində axtarışa verin. Nəticədə həmin söz birləşməsindən internetdə nə qədər istifadə olunduğunu görəcəksiniz. Əgər həmin söz birləşməsindən 1-2 dəfədən çox istifadə olunursa və istifadə olunduğu saytlara etibar etmək olarsa, söz birləşməsini normal hesab etmək olar.

Belə yoxlamalardan sonra tərcüməçiyə sizdə şübhə yaratmış hissələrlə bağlı sual verə bilərsiniz. Peşəkar tərcüməçi ya öz variantını əsaslandırmaqla sizin şübhənizi aradan qaldıracaq, ya da tərcüməni sizin arzunuza uyğun düzəldəcək.

Tərcümənin keyfiyyəti ilk növbədə tərcüməçinin peşəkarlığından asılıdır. Pis tərcüməni düzəltmək çox çətin, əksər hallarda isə mümkün olmur.

Keyfiyyətli tərcümə əldə etmək üçün "İdeya" Tərcümə Mərkəzində bütün tərcümələr yalnız tərcüməçilər tərəfindən yerinə yetirilir. Şirkətimizdə "Google Translate" və başqa tərcümə proqramlarından istifadə qəti qadağandır. Tərcüməçilərlə əməkdaşlığa başlamazdan öncə onlar ciddi test yoxlamalarından keçirlər.

Hər tərcümə dilin qrammatik və sintaktik normalarına uyğunluğa görə redaktor tərəfindən əlavə yoxlanır. Müştəri tərcümə olunmuş tam hazır mətn əldə edir.
Faydalı oldumu?
Başqa məqalələr:
Yeni məqalələrə yazılmaq üçün:
Made on
Tilda