Bəs yaxşı tərcümə necə olmalıdır?
Kənardan çoxlarına elə gəlir ki, tərcümə etmək asan və sadə işdir. Bu, belə deyil: tərcümə dərin bilik, geniş təcrübə və öyrənmə bacarığı tələb edən ağır bir işdir.
Yəqin ki, tərcümənin ən çətin növü sinxron tərcümədir. Sinxron tərcüməçi eyni vaxtda bir dildə söylənilən nitqi dinləməli və onu dərhal ağlında tərcümə edib başqa dildə tələffüz etməlidir. Bu, heç də asan iş deyil.
2009-cu ildə, Muəmmər Qəddafinin BMT-nin Baş Assambleyasında çıxışı zamanı, onun şəxsi tərcüməçisi reqlamentdə göstərilən 15 dəqiqə əvəzinə 75 dəqiqə fasiləsiz işlədikdən sonra tərcüməyə davam etməkdən imtina etmişdi. Bu nə boykot, nə tətil, nə də tənbəllik deyildi: o, sadəcə zehni gərginliyə dözə bilməmişdi.
Tərcüməçi istehkamçı kimidir: o, mükəmməl işləyirsə, heç kim onu görmür, ancaq bir səhv edən kimi hamı onu görür.
Tərcüməçi oxucunun müəllifə baxdığı obyektivdir. Tərcüməçi nə qədər peşəkar olsa, bir o qədər az “nəzərə çarpır”, müəllif isə bir o qədər çox “nəzərə çarpır”. Obyektiv yaxşı görüntü verməli, özü isə görünməz olmalıdır. Tərcüməçi istehkamçı kimidir: o, mükəmməl işləyirsə, heç kim onu görmür, ancaq bir səhv edən kimi hamı onu görür.
Bəs tərcümə nədir?
Tərcümə – mənanın ötürülməsidir.
Məna təkcə sözlərlə ötürülmür. O, intonasiyada, üz ifadəsində, ifadələrin ardıcıllığında, səslənmənin sürətində, kontekstdə, sətirlər arasında, bəzən hətta hərflər arasında gizlənir.
Bütün bu rəngarəngliyi başqa dildə ifadə etməyi öyrənmək üçün bir ömür yetməz. Buna görə tərcüməçi daim öyrənməkdədir. İdeal tərcümə və ideal tərcüməçi yoxdur.
Oxucu mətnin tərcümə olduğunu anlamırsa, deməli mətn yaxşı tərcümə olunub.
Belə bir qayda var: tərcümə elə edilməlidir ki, sanki mətn elə tərcümə edildiyi dildə yazılıbmış. Başqa sözlə, oxucu mətnin tərcümə olduğunu anlamırsa, deməli mətn yaxşı tərcümə olunub. Bu cür tərcüməni yaxşı tərcümə hesab etmək olar.