img
İdeya

Şifahi tərcümə

Şifahi tərcümə

Şifahi tərcümə

Şifahi tərcümə fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Böyük tədbirlərdə və danışıqlar zamanı əldə etdiyimiz təcrübə işimizin yüksək keyfiyyətinin təminatçısıdır.  Danışıqlar, konfranslar, təlimlər, istehsal müəssisələrində mütəxəssislərin müşayiəti, qurğuların işə salınması zamanı şifahi tərcümə xidməti göstəririk.  Şifahi tərcümənin formatının seçilməsi tədbirin miqyasından və keçiriləcəyi məkandan, iştirakçıların və dil istiqamətlərinin sayından, çıxışların davamiyyətindən, xüsusi avadanlıqdan istifadənin mümkünlüyündən və s. asılıdır. Şifahi tərcüməçinin işinin keyfiyyəti şirkətin prestijinə birbaşa təsir edir. bu səbəbdın də, bizim tərcüməçilərimiz müştərinin komandasının  bir üzvünə çevrilir və onun peşəkarlıq səviyyəsindən çox şey asılıdır.Planlaşdırdığınız tədbir üçün şifahi tərcümənin növünü seçməkdə çətinlik çəkirsinizsə, biz məmnuniyyətlə sizə kömək edərik. Müraciətiniz əsasında individual qiymət təklifi formalaşdırılır. Qiymət əsasən şifahi tərcümənin hansı növündən istifadə olunacağına görə dəyişir.   İdeya Tərcümə Mərkəzinin peşəkar şifahi tərcüməçiləri tərəflərin düzgün anlaşmasını, məlumatın tam və dəqiq ötürülməsini təmin edəcəklər. Əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlamağınız kifayətdir.

Şifahi tərcümə növü üzrə xidmət göstəririk:

Sinxron tərcümə

Sinxron tərcümə

Ən çətin və ən bahalı şifahi tərcümə növüdür. Yüksək qiymətin səbəbi sifarişin icrasının spesifik xüsusiyyətləri, xüsusi avadanlıqdan istifadə olunması və tərcüməçilərin işinin çox çətin olmasıdır: tərcümə arada fasilə olmadan, natiqin danışığı ilə paralel yerinı yetirilir. Bu zaman dinləyicilərə elə gəlir ki, natiq onların dilində danışır. Sinxron tərcümə çətin və gərgin prosesdir. Ona görə adətən işə iki tərcüməçi cəlb olunur, onlar proses əsnasında bir-birlərini əvəz edirlər. Tərcüməçilər xüsusi kabinədə işləyirlər, tədbir iştirakçıları onları qulaqcıqlardan dinləyir.


Ardıcıl tərcümə

Ən geniş yayılmış şifahi tərcümə növüdür. Sinxron tərcümə ilə müqayisədə ardıcıl tərcümənin qiyməti aşağıdır, dil istiqamətindən, mövzudan və tərcüməçinin işinin davamiyyətindən asılıdır. Ardıcıl tərcümədən demək olar bütün işgüzar görüşlərdə, danışıqlarda, konfranslarda, müxtəlif sərgilərdə və s. istifadə edilir. Xarici vətəndaşlar üçün bələdçilik və müşayiət də bu növ tərcümə növünə aid edilir. İstisna "şuşutaj" adlandırılan tərcümədir. Bu zaman tərcüməçi konkret dinləyicinin qulağına, xüsusi avadanlıqdan istifadə olunmadan, pıçıltı ilə sinxron tərcümə edir.

Ardıcıl tərcümə

Pıçıltı tərcümə

Pıçıltı tərcümə

Sinxron tərcümənin ən geniş yayılmış forması məhz pıçıltı vasitəsilə tərcümədir. Bu tərcümə növündən adətən tədbirlərdə hədəf dildə danışan xarici nümayəndələrin sayının az olduğu hallarda istifadə edilir. Pıçıltılı tərcümə zamanı tərcüməçi xarici nümayəndənin yanında danışılanları onun qulağına elə tərzdə pıçıldayır ki, tərcüməni yalnız ehtiyacı olan bu şəxs eşidir, digər nümayəndələrə isə maneə törətmir. İki nəfərin tərcüməyə ehtiyacı olduğu halda tərcüməçi onların arxasındakı cərgədə elə əyləşir ki, qonaqlardan birinin sağ qulağına, digərinin isə sol qulağına yaxın məsafədə pıçıltı ilə deyilənləri ötürə bilsin. Yüksək kommunikasiya bacarıqları və tərcümə sahəsi üzrə çoxillik tərcrübəyə malik heyətimiz öz pıçıltısı ilə sizi dünyadan agah edəcək. 


İşarə dilinin tərcüməsi

İşarə dili jest, mimika və əl-qol-bədən hərəkətlərindən ibarət işarə sistemidir. Normal şifahi nitqin işarə dilinə çevrilməsi və ya əksinə, işarə dilindəki fikrin normal nitq şəkildə çatdırılmasına transliterasiya deyilir. Bu proses ünsiyyətə girən tərəflərdən bir və ya bir neçəsinin eşitmə və ya danışma məhdudiyyətli olması zamanı baş verir.  hər iki tərəf, yəni eşitmə qüsurlu olan şəxs, eləcə də onunla ünsiyyət yaradan normal eşitmə qabiliyyətli şəxs eyni dilin nümayəndələri olduqda baş verir. Tərəflər müxtəlif dillərin daşıyıcıları olduqda onların fikrinin işarələr dilində və ya şifahi şəkildə ifadə olunması üçün üçüncü bir tərəfin müdaxiləsinə- işarə dili üzrə tərcüməçinin iştirakına ehtiyac yaranır. Bu halda tərcüməçi eşitdiyi şifahi nitqi işarə dilinə, işarə dilində ifadə olunanları isə adi nitqə çevirməli olur. 

İşarə dilinin tərcüməsi