REDAKTƏ

Sifariş daxil olduqdan sonra 30 dəqiqə ərzində cavablandırırıq
Redaktə zamanı terminlərin uyğunluğu yoxlanır və eyniliyi, həmçinin yazının müvafiq üsluba uyğunluğu təmin edilir, mətn çapa və ya təqdimata tam hazır vəziyyətə gətirilir.

Hətta çox maraqlı bir yazı belə dilin qaydalarına uyğun olmadan yazıldıqda öz qiymətini itirir.

Bunu bildiyimizə görə "İdeya" Tərcümə Mərkəzi tərcümələrin redaktəsinə xüsusi əhəmiyyət verir.

"İdeya" Tərcümə Mərkəzində tərcümə prosesinə tək tərcüməçilər yox, redaktorlar da cəlb olunur. Mövzusundan və çətinliyindən asılı olmayaraq hər bir tərcümə olunmuş mətn mütləq redaktor tərəfindən pulsuz yoxlanır. Bu zaman həm texniki səhvlər aradan qaldırılır, həm də tərcümənin orijinal mətnin formatına uyğunluğu, terminologiyaya riayət edilmə təmin edilir. Əgər tərcümənin üzərində bir neçə tərcüməçi işləyibsə, üslub eyniləşdirilir.

Bundan başqa, siz bizim şirkətimizə başqa tərcüməçi tərəfindən olunmuş tərcümənin redaktəsi üçün müraciət edə bilərsiniz.

Həmçinin, "İdeya" Tərcümə Mərkəzi mətnin dil daşıyıcıları tərəfindən stilistik redaktə xidmətini təklif edir. Stilistik redaktə zamanı dil daşıyıcısı redaktor yalnız mətnin stilistikasını, orfoqrafiyasını, punktuasiyasını və qrammatikasını yoxlayır, ancaq mətni orijinalla tutuşdurmur (yəni tərcümənin düzgünlüyünü, terminlərin düzgün istifadə olunmasını yoxlamır).
Qiymət sorğusu
Müştərilərimiz bizi keyfiyyətli işimizə, xidmət səviyyəmizə, operativliyimizə və rahat ödəniş üsullarına görə seçirlər.

Tərcümə etmək istədiyiniz faylı bizə aşağıdakı forma vasitəsilə və ya [email protected] mail ünvanına göndərin, tərcümə istiqamətini və başqa məlumatları qeyd edin. 30 dəqiqə ərzində sizə tərcümənin qiymətini və təhvil tarixini yazacağıq*.

Tərcümənin icrasına yalnız Sizin təsdiqinizdən sonra başlanacaq.
Orijinal mətn və tərcümə istiqamət(lər)i
Uyğun olanları işarələyin
Sizə uyğun təhvil tarixini qeyd edin
Əgər vacib deyilsə, boş buraxa bilərsiniz
Tərcümə olunacaq faylları yükləyin
Qeyd
Əgər mətniniz yuxarıdakı siyahıda olmayan dilə tərcümə olunmalıdırsa, zəhmət olmasa aşağıda qeyd edin. Həmçinin əlavə qeydlərinizi və suallarınızı da buraya yaza bilərsiniz. *Mətn docx-dan fərqli formatlarda olduqda və ya AZ, RU, EN istiqamətlərindən fərqli dilə tərcümə olunmalı olduqda cavab müddəti 30 dəq-dən çox ola bilər.
Sualınız var? Bizimlə əlaqə saxlayın:
WhatsApp: +99451 900 19 59
Mobil: ........ +99470 900 19 59
Tel: ............. +99412 408 18 59
Email: ..........[email protected]
Ünvan: ........Svetlana Məmmədova küç, 203C, Bakı
Made on
Tilda