img
İdeya

Müştəri rəyləri

img

Müştəri rəyləri

Vusala Muradova

Vusala Muradova

Sales Representative - SAT Group

Dünən ilk dəfə idi xidmətinizdən yararlandım. Təcilidir dedim deyə gecəylə sənədi hazırlamağınız, operativliyiniz, peşəkarlığınız və xidmət səviyyənizin yüksəkliyi ilə inanıram ki, hər zaman uğurlu olacaqsınız. Belə davam edin)

Nijat Garayev

Nijat Garayev

Mən tez tez xaricə məqalə yazanda tərcümə xidmətlərinə müraciət edirdim çox heyif ki, terminlər düzgün tərcümə olunmurdu üstəlikdə yüksək qiymətə edirdilər. Universitetde Müəllim yoldaşım sizi mənə məsləhət bildi. Çox sağ olun belə mükəmməl xidmət üçün. Həqiqətən, sözün əsil mənasında peşəkar tərcümə edirsiz. Xaricdə nəşr etdirdiyim Məqalələrdə sizlərin çox böyük əməyiniz vardır. İdeya Tərcümə Mərkəzinə və xüsusiylə vurğulamaq istərdimki burada çalışan Nərmin xanıma təşəkkür edirəm. Mənə ilk dəfə Nərmin xanım tərcümənin qiymətin deyəndə düşündüm səhv hesablayıblar yenidən birdə soruşdum. Münasib qiymətə peşəkar tərcümələri gördükdən sonra hər zaman sizinlə çalışmağa başladım və müəllim yoldaşlarımda sizdən məmnundular. Allah sizlərdən razı olsun. İşlərinizdə uğurlar hər zaman ????

Gunay Karimova

Gunay Karimova

HR Leading Specialist - IDRAK Technology Transfer Ltd.

Bir çox işlerimizi muxtelif tercume merkezlerinden sinaqdan keçirdikden sonra, İdeya Tərcümə mərkəzində dayanmaga qərar verdik. Merkezin işlerinin bir çox noqtey nezerden keyfiyyetli olmasi meni merkeze bir daha donmeyi, bir daha vacib işlerimizin tercumesi ile bagli məhz Ideya Tərcümə mərkəzinə muraciet etmeye donməz qərara getirdi. Tovsiye edirem, yanilmarsiniz. Surət, keyfiyyət, punktualliq, alternativ dillere tercumə şerti, medeni yanaşma (menim uçun çox önimledir) sizin işinizde meqsede istediyiniz şekilde çatmaga tekan verecek. Bu xususiyyetleri ise men mehz bu tercume merkezinde gordum.

Aysel Karimova

Aysel Karimova

Office Manager - SR GROUP CO.

Mənim tərcümələrim həmişə təcili olur)) Özəl şirkətlərin birində çalışdığım üçün gözlənilmədən xarici olkələrə məktub yazmalı oluruq. İdeya tərcümə mərkəzinin əməkdaşlarını tələsdirməyimə baxmayaraq hər zaman dəqiq, vaxtında, səhvsiz və mükəmməl tərcüməni ən qısa zamanda mənə təqdim edirlər :) Bundan əlavə və mənimçün çox önəmli olan bir məqam müştəriyə olan münasibətdir. Xoş ünsiyyət, professional iş və müştəri üçün də təşkil olunmuş rahat ödəniş sistemi ???? Bundan artıq və gözəl nə olar bilər axı ????

Cavid Abasov

Cavid Abasov

Head of Corporate Relations Division - Sumgait Technologies Park

Müştəri yönümlü, operativ, uyğun büdcəli və professional xidmət göstərirsiniz. Təşəkkür edirəm.

Tamilla Lcc

Tamilla Lcc

Director - "Language Co-working Centre"

Təşəkkür edirəm! Qısa müddətdə iri həcmli materialı gece vaxtı bele çalışıb bizə vaxtından əvvəl təqdim etdiniz. Çox operativ iş komandanız var. Tərcümə keyfiyyəti yüksəkdir. Sizinlə əməkdaşlıq etdiyimizə şadam. Uğurlar və daimi inkişaf etməyinizi arzu edirəm!

Çərkəz Sadıq

Çərkəz Sadıq

Marketing Manager - 189 Taxi

Operativ və keyfiyyətli tərcümə mərkəzidir. Ən əsası sifarişçinin rahat online ödəmə imkanı var. Təşəkkürlər İdeya, ideal xidmətiniz üçün.

Mirzə Məhərrəmov

Mirzə Məhərrəmov

Founder and Managing Director - Arenda.az

Operativ, sürətli, müştəri məmnuniyyətini üstün tutan şirkət kimi bir şirkət! Keyfiyyətli tərcümələr üçün təşəkkür edirəm!

Anar İsayev

Anar İsayev

Public speaker, trainer

Qayğıkeş, gülərüz, dəqiq, sürətli, operativ. Hər şey əladır! :-)

Lamiyə Hüseynova

Lamiyə Hüseynova

Account Manager - Havas Media Azerbaijan

Operativ, mushteri yonumlu, munasib qiymetleri olan tercume shirketi. Xidmet seviyyesinden ise chox raziyam. Ugurlar!

Seva Mamedova

Seva Mamedova

General Manager - Flash Agency

Xidmətdən və müştəriyə qarşı münasibətdən çox razı qaldım. Ən əsası tərcümə işi ən qısa zamanda peşəkarlıqla yerinə yetirildi. Təşəkkür edirəm :)

Amin Hacıyev

Amin Hacıyev

Tələbə - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Sürətli, keyfiyyətli və sərfəli tərcümə istəyən hər kəsə tövsiyyə edirəm. İdeya Tərcümə Mərkəzinin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Sizinlə iş birliyi etmək çox xoşdur.

San Sanovich Sweetie

San Sanovich Sweetie

En esasde korperativ medeniyyeti ve keyfiyyeti ustun tutan bir shirketdi. mene sened qisa zamanda lazim oldu, ve meni 1 qram meyus etmediler cox sagolsunlar. mence ishe bu qeder ureyle bagli qalmaqa davam etseler, daha boyuk ugurlar istemeselerde qacilmazdi

Turkan Alakbar

Turkan Alakbar

Specialist of legal department - AzerGold CJSC

Peşəkarlıq + məsuliyyət + keyfiyyət :) Xidmət səviyyəsindən çox razı qaldım. Təşəkkürlər İdeya team :) İşlərinizdə uğurlar!

img
Qiymət sorğusu

Sualınız var? Bizimlə əlaqə saxlayın :





Svetlana Məmmədova küç, 203C, Bakı


Sosial mediada bizi izlə