Qloballaşan dünyada inkişafa gedən yol beynəlxalq əlaqələrdən keçir. Bu proses boyunca qarşılıqlı dialoqları təmin etmək üçün tərəflər razılaşma, müzakirə proseslərini öz ana dilində qəbul etməyi üstün tuturlar. Çoxdilli tədbirlərin, konfransların uğurla başa çatması yüksək keyfiyyətli tərcümə avadanlıqları ilə təchizatdan da asılıdır. Məhz bu məqamda Mərkəzimizin tələb və ehtiyaclarınıza uyğun istənilən növ sinxron tərcümə avadanlıqlarının icarəsi xidmətindən yararlana bilərsiniz. Belə ki, Ideya Tərcümə Mərkəzi yalnız tərcümə xidmətləri ilə deyil, eyni zamanda uyğun avadanlıqların kirayəsi, səs sistemlərinin təşkil edilməsi üzrə də çoxillik təcrübəyə malikdir. Təchiz edəcəyimiz səs keçirməyən kabinələr, rəqəmsal qəbuledicilər, yüksək səs tezliyinə malik qulaqcıqlar vasitəsilə tədbirləriniz rahat və problemsiz keçəcəkdir. Əlavə olaraq, tədbirlərin həcmindən asılı olmayaraq hər akustikaya uyğunlaşacaq ən müasir sinxron tərcümə avadanlıqlarımız sinxronistlər üçün rahat iş şəraitini təmin etməklə yanaşı, onlara maneəsiz və sürətli dinləmə-cavablama imkanı verəcəkdir.
Qiymət sorğusu
Niyə biz ———
İdeya ilə tərcümə rahatlıqdır
Uğurlarımızın təməlini çoxsaylı müştərilərin bir dəfə bizim işin keyfiyyətini və yüksək xidmət səviyyəsini görməklə təkrar-təkrar bizə müraciət etməsində görürük. İdeya Tərcümə Mərkəzi hər dil və hər mövzuda mətnlər, təqdimatlar, videoçarxlar, səs və s. tərcümə edir. Mətnin həcmindən, bir səhifə, on ya yüz səhifə olmasından asılı olmayaraq bütün sifarişlərə eyni məsuliyyətlə yanaşırıq.